DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda Vitali Balasanyana cinayət işi açıldı

Qor Abramyan deyib ki, bu fakt üzrə ona qarşı qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddəsi üzrə cinayət işi başlanıb.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Ermənistanın İstintaq Komitəsi Qarabağdakı keçmiş qondarma qurumun "sabiq təhlükəsizlik şurasının katibi" Vitali Balasanyan barədə qanunsuz silah saxlamaq faktı üzrə cinayət işi başladıb.
Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, V.Balasanyan "Makarov" tipli tapançanı təhvil verib.
Qor Abramyan deyib ki, bu fakt üzrə ona qarşı qanunsuz silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə maddəsi üzrə cinayət işi başlanıb. Bu iş üzrə maksimum 3 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.