BAKI, 25 oktyabr — Sputnik. Omeqa-3 yağ turşuları baş beynin hüceyrələrini iltihabdan qoruyur. İngiltərə mediasının yaydığı xəbərə görə, balıq yağı orqanizmdə iltihabı azaldır, depressiyanın aradan qaldırılmasına kömək edir.
Alimlər bildirir ki, həddindən artıq güclü depressiyadan əziyyət çəkən şəxslərin orqanizmində iltihab səviyyəsi daha yüksək olur.
Balıq yağının təsirini araşdırmaq üçün alimləri öncə laboratoriyada siçanlar, daha sonra isə depressiyadan əziyyət çəkən 22 şəxsin üzərində araşdırma aparıblar.
Laborator analizlərin nəticələri göstərib ki, Omeqa-3 turşuları depressiyanın inkişafında rol oynayan beynin hipokamp hissəsinin hüceyrələrini qoruyur.
Tədqiqatın davam etdiyi müddətdə xəstələrə 12 ay ərzində yüksək dozada Omeqa-3 turşusu verilib.
Tədqiqatdan əvvəl və sonra onların qanında metobolit konsentrasiyanın miqdarı müqayisə olunub. Son nəticələr isə göstərib ki, bu yağ turşularının qəbulu qanda iltihab əleyhinə metobolitləri artırıb. Nəticədə xəstələrin psixi durumu 64% yaxşılaşıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.