SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub

Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
Sputnik
BAKI, 24 oktyabr - Sputnik. Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıq olub.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Abdullahian bildirib ki, Tehranda "3+3" formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır.
O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb.
Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”, - nazir əlavə edib.