RUSİYA

Rusiyada bir həftə ərzində Covid-ə yoluxma halları 20,1% artıb

Pandemiyanın başlanğıcından indiyədək Rusiyada 23 098 734 yoluxma halı müəyyən edilib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Rusiyada son bir həftədə Covid-ə yoluxma halları 20,1%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 14,3% artıb. Bu barədə jurnalistlərə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.
Rusiya Federasiyasının 51 regionunda xəstəxanaya yerləşdirilənlərin sayında artım, 72 regionda isə xəstələnmə halları artıb.
Qərargahın məlumatına görə, həftə ərzində 15 722 nəfər sağalıb ki, bu da əvvəlki həftədən 0,9% azdır. 50 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə, pandemiyanın başlanğıcından indiyədək Rusiyada 23 098 734 yoluxma halı müəyyən edilib, 22 530 039 nəfər sağalıb, 400 195 xəstə ölüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.