DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya və İran gömrük rüsumlarını sıfırlayacaq

İran və Aİİ azad ticarət haqqında sazişi bağlamağa yaxındırlar, müvafiq qərar ilin sonuna qədər qəbul edilə bilər.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. İran və Rusiya 2024-cü ilin mart ayına qədər iki ölkədən mal idxalına görə gömrük rüsumlarını aradan qaldırmaq barədə razılığa gəliblər.
Bunu Rusiya-İran Birgə Ticarət Palatasının üzvü Kambiz Mirkazemi deyib.
"İlin sonuna qədər İran və Rusiya arasında ticarət rüsumları qaldırılacaq", - "IRNA" xəbər agentliyi Mirkazemidən sitat gətirib.
Onun sözlərinə görə, Avrasiya ölkələri ilə ticarətin liberallaşdırılması haqqında qərarı İran biznesinə rüsumlar, tariflər və digər istehsalçılarla rəqabətlə bağlı problemlərin həllində kömək edəcək.
Agentliyin məlumatına görə, İran və Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın daxil olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) artıq çoxdan gözlənilən azad ticarət sazişinin bağlanmasına yaxındır, müvafiq qərar ilin sonuna qədər qəbul edilə bilər.