BAKI, 24 oktyabr — Sputnik. Rusiya Əfqanıstan üzrə Çin, İran və Pakistanla əlaqələri davam etdirəcək. Bunu TASS-a Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.
"Yaxın gələcəkdə əlaəqlər nəzərdə tutulmur. Amma biz ilk növbədə dördlük çərçivəsində - Rusiya, Çin, İran, Pakistan çərçivəsində əlaqə saxlayacağıq. Amma konkret tarixlər yoxdur", - deyə o bildirib.
Amerika Birləşmiş Ştatları 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra Taliban (*Rusiya Federasiyasında Taliban hərəkatı qadağan oluub) ölkə üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.
Taliblər avqustun 15-də döyüşsüz Kabilə daxil olublar və sentyabrın 7-də legitimliyi hələ heç bir dövlət tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıblar. Bunun fonunda bir çox ölkələr Əfqanıstandan səfirlərini geri çağırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.