CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızılağac Milli Parkında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində qanunsuz balıq ovlayan şəxsdən istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözgedən şəxsdən ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.