BAKI, 24 oktyabr — Sputnik. Noyabrın 1-də "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Multimedia Mətbuat Mərkəzində keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin II Mediaforumunun iş proqramı məlum olub.
Plenar iclasın mövzusu "Beynəlxalq jurnalistikanın gələcəyi"dir. Panel sessiyaları media sahəsində süni intellektin istifadəsinə, "Telegram" kanallarının effektiv strategiyalarına, birlik ölkələrində rusdilli medianın inkişafına və rəqəmsal dövrdə ixtisaslaşmış fakültələrin tələbələrinin hazırlanmasının xüsusiyyətlərinə həsr olunması qərara alınıb.
Tədbir Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Media Nazirliyinin dəstəyi ilə "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyi tərəfindən təşkil olunub.
Müzakirələrdə siyasi elitanın, medianın və ekspert icmasının nümayəndələri iştirak edəcəklər.
2022-ci ildə MDB ölkələrinin I Mediaforumunda Rusiyadan, yaxın və uzaq xarici ölkələrdən 300-ə yaxın jurnalist, siyasətçi və ekspert iştirak edib.
Mediaforumun saytında iştirakçılar və media nümayəndələri üçün akkreditasiya https://mediaforumcis.ru/.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.