BAKI, 24 oktyabr — Sputnik. Yaxın Şərq ölkələri arasında qarşıdurma güclənir və bu münaqişə nüvə müharibəsinə çevrilə bilərmi?
Bunu hərbi ekspert Andrey Starıx deyib.
Ölkələr özlərini çıxılmaz vəziyyətə salıblar və hərbi münaqişəni yalnız güc metodları həll edə bilər. Heç bir razılaşmadan söhbət gedə bilməz. Məlumdur ki, TSAXAL yaxşı silahlara malikdir, onun bir neçə min tankı var. Üstəlik, ABŞ-ın böyük dəstəyi tezliklə hava hücumundan müdafiə sistemi üçün yüksək dəqiqlikli silah tədarükünü əldə etməyə imkan verir.
İsrail Müdafiə Qüvvələri (ABŞ aviadaşıyıcı gəmi qrupunun iştirakı ilə) düşmənə havadan təzyiq göstərir. HƏMAS isə öz növbəsində düşməni tank əleyhinə idarə olunan raketlərlə vurur. Bu cür qan tökülməsi böyük qurbanlara səbəb olacaq. Çox güman ki, sərhədlər də dəyişəcək.
Eskpert qeyd edib ki, vəziyyət çox ciddidir və bunun necə bitəcəyi məlum deyil.
"Bölgədə əhalinin sıxlığının çox yüksək olması səbəbindən nüvə müharibəsi həddinə çatdırılmayacaq. Əgər olsa prinsipcə, bu, artıq vandalizm və soyqırım aktı olacaq", - deyə hərbi ekspert fikrini yekunlaşdırıb.
Oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.