BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb. Eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.