CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ünvanlarda yataqxanalar söküləcək-Siyahı

Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonunda 13 nömrəli yataqxana binaları söküləcək. Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.
Qeyd edək ki, hazırda paytaxtda yerləşən universitetlərin çoxunun yataqxanasında məcburi köçkünlər məskunlaşıb.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova mətbuata açıqlamasında tələbə yataqxanasını bərpa etməyə vəsaitin olmadığını bildirmişdi. Rektorun sözlərinə görə, yataqxana məsələsi problemdir:

"Universitetin yataqxanasında indiyə qədər məcburi köçkünlər yaşayıb. İndi onlar orada yaşamasalar da, hazırda bizim tələbə yataqxanasını təmir etməyə imkanımız yoxdur".

G.Məmmədova əlavə edib ki, hazırda yataqxanaların əsaslı təmir olunması və tələbələrin istifadəsinə verilməsi üçün Elm və Təhsil Nazirliyi ilə birlikdə çıxış yolları axtarılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.