MƏDƏNİYYƏT

"Azərbaycanfilm"lə "Tacikfilm" arasında memarondum imzalanıb

Memorandum beynəlxalq əməkdaşlığının inkişafına, müştərək kino layihələrinin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, peşəkarlığın artırılmasına və yaradıcı gənclərin dəstəklənməsinə, habelə kino günlərinin və tədbirlərin keçirilməsinə şərait yaradacaq.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Tacikistanın paytaxtı Düşənbə şəhərində "Taci Somon" Birinci Düşənbə Beynəlxalq Film Festivalı keçirilib. 25 ölkədən 75 filmin nümayiş olunduğu festivalda Azərbaycanı "Hasar" (rejissor Qulu Əsgərov) və "Sonuncu foto" (rejissor Türkan Hüsyenova) filmləri təmsil edib. Festivalda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktor müavini Emin Nəcəfov iştirak edib.
Birinci Düşənbə Beynəlxalq Film Festivalı çərçivəsində "Tacikfilm" kinostudiyası ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Memorandum imzalanıb.
Memorandum beynəlxalq əməkdaşlığının inkişafına, müştərək kino layihələrinin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, peşəkarlığın artırılmasına və yaradıcı gənclərin dəstəklənməsinə, habelə kino günlərinin və tədbirlərin keçirilməsinə şərait yaradacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.