BAKI, 24 oktyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək IV Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər.
Bu barədə tədbirin rəsmi saytında məlumat verilib.
Forum oktyabrın 26-27-də baş tutacaq.
Forumun gündəliyinə əsasən, ilk gündə əvvəlcə Ermənistan Baş naziri Paşinyan, sonra isə Azərbaycan Baş naziri Əli Əsədov açılış nitqi ilə çıxış edəcəklər.