NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti ucuzlaşıb

Ölkəmizin "qara qızıl"ı hesab edilən "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftindən fərqli olaraq, dünya nefti bahalaşmaqda davam edir.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Belə ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,14 dollar və ya 2,19% azalaraq 95,54 dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44,6% bahalaşıb.
Dünya nefti isə ucuzlaşmadan sonra bahalaşmaya doğru yönəlib
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-cü ilin dekabr müqaviləsinin dəyəri 0,36% artaraq, 1 barelə görə 90,15 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,34% artaraq, 85,78 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.