BAKI, 23 oktyabr — Sputnik. İranın paytaxtı Tehranda "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüş başlayıb.
Toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
İclasda eyni zamanda Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edir.
İran Xarici İşlər Nazirliyinin binasında "Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi" devizi altında baş tutan görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə edilir.
Qeyd edək ki, Gürcüstan da "3+3" formatına daxildir. Lakin rəsmi Tbilisi Tehran görüşündə iştirak etmir. Gürcüstan "3+3" formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.