BAKI, 23 oktyabr — Sputnik. Tehran və İrəvan Araz çayı üzərində daha bir sərhəd körpüsünün inşası üçün işçi qrupu formalaşdıracaq.
Bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
O bildirib ki, hazırkı körpünün nəzarət-buraxılış qabiliyyəti artan yükdaşımalara uyğun gəlmir.
"İkinci körpünün inşası isə ikitərəfli iqtisadi münasibətləri stimullaşdıracaq", - iranlı nazir vurğulayıb.