BAKI, 23 oktyabr — Sputnik. İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub.
Yerli vaxtla saat 10:06-da İranın Xoy şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.
Maqnitudası 3,2, dərinliyi isə 92 km olan yeraltı təkan Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.
Xatırladaq ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, oktyabrın 22-də Lənkəran stansiyasından 29 km şimalda, Masallı rayonunda zəlzələ qeydə alınmışdı. Zəlzələ 3 bala qədər hiss olunmuşdu. Yeraltı təkanların ocağı 18 dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 00:58-də qeydə alınıb.