CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Ziyafət Əsgərov haqqında sərəncam imzaladı

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov ordenlə təltif edilib.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Ziyafət Əsgərov "Şərəf" ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah Z.Əsgərovun 60 yaşı tamam olur.