BAKI, 23 oktyabr - Sputnik. Azərbaycan və Ermənistan arasında münaqişə əsasən həll olunub, tərəflər üçün gələcək praktiki addımlar qalır.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
Lavrov deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.