BAKI, 23 oktyabr - Sputnik. Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu görüşüb.
“Report” xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər Ermənistana silah tədarükü məsələsini müzakirə ediblər. Həmin silahlarla Ermənistanın dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Görüşdən sonra Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalayıb.