BAKI, 23 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.
"Report" xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.