RUSİYA

Duqinanın ölümünü Ukrayna kəşfiyyatı təşkil edib - KİV

Qəzet yazır: "Rəsmilərin fikrincə, onun atası Aleksandr Duqin, bu əməliyyatın hədəfi olub".
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Filosof Darya Duqinanın ölümü ilə nəticələnən Ukrayna kəşfiyyatının əməliyyatının ilə olub. Bunu "Washington Post" qəzeti ABŞ və Ukrayna hökumətindəki mənbələrinə istinadən yazıb.
Duqina 2022-ci il avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojaysko şossesində avtomobilin partlaması nəticəsində həlak olub. FTX bildirib ki, qətlin arxasında Ukrayna xüsusi xidmət orqanları dayanır, cinayəti törədən isə Ukrayna vətəndaşı Natalya Vovkdur.
Qəzet yazır: "Rəsmilərin fikrincə, onun atası Aleksandr Duqin, bu əməliyyatın hədəfi olub".
Nəşrin məlumatına görə, əməliyyatı Ukrayna təhlükəsizlik xidməti həyata keçirib.