ELM

Azərbaycanın tanınmış alimi vəfat edib

Azərbaycan elminə böyük itki üz verib.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev 94 yaşında vəfat edib.
"Report" xəbər verir ki, alim bu gün dünyasını dəyişib.
Qeyd edək ki, O.Musayev 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində anadan olub.
Uzun illər ADU-da, daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri vəzifəsində çalışlb.