İQTİSADİYYAT

Azərbaycanda TDT ölkələrinin nəqliyyat nazirlərinin görüşü keçiriləcək

Bu tarixlərdə "Beynəlxalq nəqliyyat və logistika dəhlizləri: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi də gözlənilir.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci görüşü keçiriləcək.
Təşkilatın mətbuat xidmətinin məlumatına görə, toplantı noyabrın 16-dan 17-dək baş tutacaq.
Bundan əlavə, bu tarixlərdə "Beynəlxalq nəqliyyat və logistika dəhlizləri: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi də gözlənilir.
Qeyd edək ki, noyabrın 7-dən 10-dək Bakıda TDT ölkələrinin gənclər və idman nazirlərinin görüşü də keçiriləcək.