İQTİSADİYYAT

Aİİ ölkələrinin hökumət başçıları Bişkekdə nələri müzakirə edəcəklər?

Aİİ ölkələrinin hökumət başçıları İttifaqın inteqrasiya olunmuş informasiya sisteminin hazırkı vəziyyəti və inkişaf perspektivləri məsələsini nəzərdən keçirəcəklər.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Avrasiya Hökumətlərarası Şurasının iclası oktyabrın 26-da Bişkekdə əyani formatda baş tutacaq və burada bir sıra aktual məsələlər müzakirə ediləcək.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi İya Malkina deyib.
Onun sözlərinə görə, hökumət başçıları 2030-cu və 2045-ci ilə qədər Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya proseslərinin gələcək inkişafı üzrə əsas vəzifələri və əsas istiqamətləri müzakirə edəcəklər.
Komissiya Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə dair məruzə üzərində işlərin gedişatı barədə məlumat verəcək.
Həmçinin sənaye sahələrində birgə əməkdaşlıq layihələrinin seçilməsi və onların həyata keçirilməsində Aİİ ölkələrinə maliyyə yardımının göstərilməsi haqqında əsasnamənin müzakirə edilməsi planlaşdırılır.
Hökumət başçıları Aİİ-nin inteqrasiya olunmuş informasiya sisteminin hazırkı vəziyyəti və inkişaf perspektivləri məsələsini nəzərdən keçirəcəklər.
Avrasiya Hökumətlərarası Şurasının üzvləri Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən ixrac edilən malların mənşəyinin müəyyən edilməsi üçün uyğunlaşdırılmış sistem haqqında Sazişi müzakirə edəcəklər.
Komissiya həmçinin bir sıra hesabatlar, o cümlədən Aİİ-nin neft və neft məhsullarının ümumi bazarların formalaşması və İttifaqın ümumi qaz bazarının yaradılması barədə hesabat təqdim edəcək.
Gündəlikdə, həmçinin seriyalı məhsulların mənşə sertifikatının qüvvədə olma müddətinin uzadılması, Aİİ-nin ümumi elektrik enerjisi bazarında elektrik enerjisinin qarşılıqlı ticarəti qaydalarının təsdiq edilməsi, eləcə də İttifaqın ümumi elektrik enerjisi bazarında dövlətlərarası hissələrin ötürmə qabiliyyətinin müəyyənləşdirilməsi və paylaşdırılması qaydalarının təsdiq edilməsi kimi bir sıra mühüm məsələlər də var.