HADİSƏ

Toronto-Dehli reysi üzrə uçan təyyarə Bakıya eniş edib

Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Toronto-Dehli reysini yerinə yetirən “Air Canada” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Buna səbəb təyyarənin sol mühərrikində yağ təzyiqinin aşağı olması olub.
“Boeing 777” yerli vaxtla saat 15:58-də Bakı hava limanına uğurla eniş edib. Hava gəmisində 301 sərnişin və 16 ekipaj üzvü olub.
Hazırda təyyarəyə baxış keçirilir və hadisənin bütün şərait və səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil edilir.