MƏDƏNİYYƏT

Rusiyalı müğənni Linda: "Bakı, səndən xoşum gəlir"

90-cı illərin ən parlaq rus ulduzlarından biri olan Linda Bakının ab-havasının onun ürəyinə hopduğunu bildirib.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Ötən şənbə Heydər Əliyev Sarayında 90-cı illərdə populyarlığın zirvəsinə çatan rusiyalı müğənni Lindanın konserti olub. Konsert anşlaqla keçib.
90-cı illərin ən parlaq rus ulduzlarından biri konsertdən əvvəl Azərbaycan paytaxtını gəzərək onun görməli yerləri ilə tanış olub. Bu barədə o, Instagram sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
Linda Bakının ab-havasının onun ürəyinə hopduğunu bildirib.
Müğənni sosial şəbəkədə azərbaycanca Bakıya sevgisini bildirən paylaşım da edib: “Bakı, səndən xoşum gəlir”.