HADİSƏ

Qubada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə nəticəsində sürücü Fərhad Talıbov və sərnişinləri Sübhan Salmanovla İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.
Hadisə nəticəsində F.Talıbov və sərnişinləri Sübhan Salmanovla İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Avtomobildə olan digər iki nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.