Qarabağın dirçəlişi və reinteqrasiyası

Sabah Tehranda XİN başçılarının "3+3" formatında görüşü olacaq

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətindən də danışılacaq.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Sabah İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında ikinci görüş keçiriləcək.
Bu barədə məlumatı İRNA yayıb. Bildirilir ki, görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Nəşr qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin cari vəziyyətindən də danışılacaq.
Qeyd edək ki, ilk dəfə “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. "3+3" formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.
20.10.23, 18:16
Ermənistan İranda "3+3" formatında keçiriləcək görüşə dəvət alıb
Hökumət Tehranda Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində "3+3" formatında görüşün mümkünlüyünü nəzərdən keçirir.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan brifinq zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Ermənistan İrandan dəvət alıb və hazırda bu məsələni iranlı həmkarları ilə müzakirə edir: "Nazirlər səviyyəsində dəvət daxil olub və Ermənistan, Azərbaycan, Gürcüstanın Xarici İşlər Nazirliklərinə göndərilib".
Kostanyan əlavə edib ki, "3+3" formatı həm də Türkiyə, İran və Rusiya nümayəndələrinin iştirakını nəzərdə tutur (APA).