DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinkendən SOS siqnalı: İran tərəfdarları ABŞ üçün təhlükə yaradır

ABŞ Dövlət katibi qeyd edib ki, "biz İranın proksi qüvvələrindən hərbçillərimizə, şəxsi heyətimizə qarşı eskalasiya gözləyirik".
Sputnik
BAKI, 22 oktyabr- Sputnik. ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Yaxın Şərqdəki ABŞ qüvvələrinə təhlükə İran tərəfdarlarından gəlir.
Blinken NBC News-a müsahibəsində bununla bağlı narahatlığını ifadə edib:
"Biz narahatıq. Biz İranın proksi qüvvələrindən hərbçillərimizə, şəxsi heyətimizə qarşı eskalasiya gözləyirik".
ABŞ-ın eskalasiya perspektivlərini və Yaxın Şərqdəki qüvvələrinə hücum riskinin artdığını qeyd etməsi faktını daha əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin bəyan edib.
Həmçinin ABŞ-ın Yaxın Şərqdə THAAD raketdən müdafiə sisteminin batareyasını və əlavə “Patriot” zenit-raket kompleksləri batalyonlarını yerləşdirəcəyi bildirilirdi.
Pentaqon rəhbəri “hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq üçün” əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verib.