BAKI, 22 oktyabr - Sputnik. Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri, 5 yanğınsöndürən avtomobil cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Hadisə ümumi sahəsi 4 800 m² olan ticarət mərkəzində baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, ticarət mərkəzinin qalan əraziləri mühafizə olunub.