BAKI, 21 oktyabr — Sputnik. Bu gün səhər saatlarında İsrailin Kiprdəki səfirliyinin yaxınlığındakı ərazidə - Nikosiyada (Lefkoşada) partlayış olub. Bu barədə “Cyprus mail” nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, partlayış İsrail səfirliyinin girişindən 30 metr aralıda baş verib və nəticədə xəsarət alan olmayıb.
Artıq partlayışı törədən dörd şəxs saxlanılıb. İlkin məlumata əsasən, 17-21 yaşlarda olan bu şəxslər Kiprə Suriyadan gəlib.
Şübhəlilərin avtomobilinə baxış zamanı orada iki bıçaq və çəkic tapılıb.
Qeyd edək ki, bu ilk belə hadisə deyil. Bundan bir neçə il öncə Hindistanın paytaxtı Yeni Dehlinin mərkəzindəki İsrail səfirliyinin yaxınlığında da partlayış baş vermişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.