BAKI, 21 oktyabr - Sputnik. Rusiya diplomatiyası Fələstin-İsrail münaqişəsi zonasında vəziyyəti azaltmaq üçün intensiv səylər göstərir. Belə bir bəyanatla Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov şənbə günü Qahirədə keçirilən sülh sammitində çıxış edib.
“Rusiya diplomatiyası gərginliyi azaltmaq üçün intensiv səylər göstərir”, - deyə Boqdanov bildirib.
Diplomatın çıxışının mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Nazir müavini əlavə edib ki, Fələstin problemini maddi stimullar və iqtisadi sülh ideyaları ilə həll etmək mümkün deyil.
“Aşağı intensivlikdə münaqişəni dondurmaq da eynilə mümkün deyil. Tərəflər zorakılıq halqasını qırmalı, birtərəfli addımlardan, o cümlədən Fələstin ərazilərinin məskunlaşma məntəqələrinin ələ keçirilməsindən, eləcə də Qüds ziyarətgahlarının statusuna xələl gətirən addımlardan əl çəkməlidir”, - deyə diplomat qeyd edib.
“Mövcud zorakılıq mərhələsini dayandırmaq üçün təxirəsalınmaz vəzifələrin həlli ilə yanaşı, Rusiya, ABŞ, Aİ və BMT-dən ibarət beynəlxalq "kvartet"in münaqişənin siyasi həlli üçün çalışdığı kimi, kollektiv fəaliyyət strategiyasının razılaşdırılmasına dərhal başlamaq lazımdır”, - deyə Boqdanov bildirib.
Diplomat onu da əlavə edib ki, gündəliyə regional dövlətlər üçün aktiv rolu olan kollektiv vasitəçilik mexanizminin yaradılması məsələsi daxildir.
“Bu, Yaxın Şərqdəki vəziyyətin inkişafında son zamanlar yaranmış müsbət tendensiyalarla dəstəklənir: Səudiyyə-İran normallaşması, Suriyanın Ərəb Dövlətləri Liqasına yenidən inteqrasiyası, Suriya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərin tədricən yaxşılaşdırılması. Bütün bunlar sübut edir ki, region ölkələri məsələ ilə özləri məşğul oldıqda və kənar təzyiqlərə məruz qalmadıqda, Yaxın Şərqdə sabitliyin yaradılması istiqamətində çox şey əldə edirlər”, - deyə Boqdanov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.