BAKI, 21 oktyabr — Sputnik. NATO Baltik dənizində texnogen hesab edilən qəzadan sonra patrulları gücləndirib, lakin Şimal axınının partlamasından sonra oxşar qərar qəbul etməyib, çünki terror aktının əsl təşkilatçılarını bilir. Bunu Rusiya Federasiya Şurasının senatoru Konstantin Kosaçev deyib.
NATO və onun müttəfiqləri Baltik dənizi regionunda patrulları artırırlar.
"NATO Balticconnector qəzasından sonra Baltik dənizində dəniz və hava patrullarının sayını artırmaq qərarına gəlib. Çünki NATO bu qəzanın səbəblərini bilmir, ehtimal edilir ki, bu, texnogendir. Amma Şimal axınlarının artladılmasından sonra NATO belə bir şey etməyib. Çünki alyans səbəbləri, motivləri və təşkilatçılarını bilir", - Kosaçev "Telegram" kanalında yazıb.
2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.