CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayə müqaviləsi bağlanmazdan öncə icazə almayanlar cərimələnəcək

Yeni dəyişikliyə görə mənzillərin, məkanların turizm məqsədi ilə icarəyə verilməsi üçün kirayə müqaviləsi bağlanmazdan əvvəl Mədəniyyət və Turizm Nazirliyi, yaxud da yerli qubernatorluqlardan icazələrin alınması məcburi olacaq.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Türkiyə Böyük Millət Məclisində “Turizm məqsədi ilə evlərin kirayəsi və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci hissəsini təşkil edən ilk 16 maddə müzakirə olunaq qəbul edilib.
Türkiyə mediasının yaydığı xəbərə görə, qəbul edilən maddələrə əsasən, yaşayış yerlərinin turizm məqsədilə fiziki və hüquqi şəxslərə icarəyə verilməsi ilə bağlı prosedur və prinsiplər müəyyən edilib.
Yeni dəyişikliyə görə mənzillərin, məkanların turizm məqsədi ilə icarəyə verilməsi üçün kirayə müqaviləsi bağlanmazdan əvvəl Mədəniyyət və Turizm Nazirliyi, yaxud da yerli qubernatorluqlardan icazələrin alınması məcburi olacaq.
Mənzilə baxış, arxiv
O da bildirilir ki, icazəsiz bu fəaliyyətlə məşğul olanlara inzibati tənbeh tədbirləri müəyyən edilib. Buna uyğun olaraq, turizm məqsədi ilə icazəsiz ev kirayələyənlərə kirayə götürdükləri hər ev üçün 100 min türk lirəsi məbləğində inzibati cərimə tətbiq olunacaq və qanunsuzluğu aradan qaldırmaq üçün 15 gün vaxt veriləcək.
Bu müddətdə icazə almadan turizm məqsədi ilə kirayə fəaliyyəti ilə məşğul olanlara 500 min türk lirəsi məbləğunda inzibati cərimə tətbiq olunacaq.
Qeyd edək ki, bu dəyişikliklər 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.