DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransalı alimlər Avropanın ən qədim xəritəsini tədqiq etməyə başlayıblar

Xətlər və sirli işarələrlə bəzədilmiş daş keçən əsrin əvvəllərində arxeoloji qazıntılar zamanı Bretanidə aşkar edilib.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Fransalı tədqiqatçılar Avropanın təxminən 4000 il əvvəl daş lövhəyə həkk olunmuş ən qədim xəritəsini tədqiq etməyə başlayıblar. Bu barədə Aif.ru saytı xəbər verib.
Elm adamları təsvir olunan relyefi müasir xəritələrlə müqayisə edə biliblər, lakin təyinatların çoxu hələ də sirr olaraq qalır.
Xətlər və sirli işarələrlə bəzədilmiş daş keçən əsrin əvvəllərində arxeoloji qazıntılar zamanı Bretanidə aşkar edilib - artefakt köhnə məbədin divarlarından biri idi.
Plitə muzeydə yerləşdirilib və yalnız bu yaxınlarda tədqiqatçılar qədim daşdakı təsviri müasir xəritələrlə müqayisə etmək fikrinə düşdüblər. Məlum olub ki, müasir Fransanın bölgələrindən birinin qrafik təsviri qaya parçasına həkk olunub və bu, 80%-ə yaxın dəqiqliklə edilib.
Alimlərin fikrincə, lövhədə Avropada unudulmuş krallıqlardan birinin xəritəsi ola bilər. Xəritədə hələ də həll olunmamış simvollar keçmiş dövrün mühüm tarixi abidələrini və xəzinələrin dəfn yerlərini yaxşı göstərə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.