BAKI, 21 oktyabr - Sputnik. “Yaxın zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən Tarif Şurasına tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödəniş qiymətlərinin artımı ilə bağlı müraciət edilməyib”. Bunu Azərtac-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödənişi Tarif Şurası tərəfindən təsdiqlənir. Dövlət İmtahan Mərkəzi (DİM) isə buna uyğun olaraq öz fəaliyyətini qurur.
"DİM publik hüquqi şəxsdir. İmtahanların növləri dəyişəndə, hansısa yeniliklər olanda imtahanlara xərclənən vəsait hesablanır. Bir imtahan verənə nə qədər pul xərclənirsə, müəyyənləşdirilib müvafiq rəsmi quruma məlumat verilir", - deyə qurum rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.