BAKI, 21 oktyabr — Sputnik. Palma yağı çox ucuz başa gəldiyi üçün uzun illərdir qida və sənayedə istifadə olunur. Türkiyə mediasının yaydığı xəbərə görə, mütəxəssislər zərərli hesab edilən bu yağın bir sıra məhsulların tərkibində geniş istifadə olunduğunu bildiribər.
Onlar həmin məhsulların siyahısını açıqlayıblar. Mütəxəssislərin fikrincə peçenye, vafli kimi məhsullar da palma yağı ilə zəngindir.
Siyahıda yer alan digər məhsulların adlarını açıqlayırıq:
Çörək və un məmulatları
Hazır səhər yeməkləri
Marqarin, bəzi kərə yağları
Çips
Şokolad, konfet, tort, dondurma
Uşaq qidaları
Sabun, şampun
Yuyucu vasitələr, diş məcunları və s.
Palma yağının zərərli olduğunu deyən mütəxəssislər qeyd olunan qidalardan uzaq olmağı tövsiyə edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.