CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bədəniniz güclü stresin əlamətlərini biruzə verir

Cinsi istəyin azalması, dəri problemi də stresin əsas göstəriciləridir
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Bir sıra mütəxəssislər xroniki stresin insan sağlamlığına necə ziyan vurduğunu açıqlayıblar. Türkiyə mediasının yaydığı xəbərə görə, alimlər xroniki baş ağrısının stresin əsas fiziki əlamətlərindən olduğunu açıqlayıb.
Onlar bildirir ki, belə olan halda stresin yaratdığı baş, boyun əzələlərinin spazmı ağrıya səbəb olur.
Bundan başqa, yuxusuzluq və enerjisizlik də stres faktorunun göstəricisidir.
Cinsi istəyin azalması, dəri problemi də xroniki stresin əsas göstəricilərindən sayılır.
Alimlər bildirir ki, mədədə yaranan problem, qastrit, qəbizlik, diareya, saç tökülməsi də şəxsin stresdən əziyyət çəkdiyini göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.