MƏDƏNİYYƏT

Bakıda Aleksandr Ostrovskinin xatirəsi anılıb - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Musiqi Akademiyasının solistləri yazıçının yaşadığı dövrə aid klassik əsərləri səsləndiriblər.
Sputnik
BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 20-də Bakıdakı Rus evində böyük rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyi tədbirləri çərçivəsində konsert olub.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, bayram konserti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Rus evi tərəfindən təşkil edilib.
Bakıdakı Rus evində Aleksandr Ostrovskiyə həsr edilmiş konsert olub
Konsertdən əvvəl “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov tamaşaçılar qarşısında çıxış edib.
Bakıdakı Rus evində Aleksandr Ostrovskiyə həsr edilmiş konsert olub
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina böyük yazıçının yaradıcılığının xüsusiyyətləri, onun əsərlərinin musiqi sahəsində rolu haqqında danışıb. O qeyd edib ki, konsertin proqramı da Ostrovskinin əsərlərinin musiqi fenomeni kimi təsirini ehtiva edib. Təsadüfi deyil ki, onun özü də musiqi əsərlərini öz yaradıcılığına daxil edib.
Bakıdakı Rus evində Aleksandr Ostrovskiyə həsr edilmiş konsert olub
Konsertdə yazıçının yaşadığı dövrə aid klassik əsərlər səsləndirilib. Onları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Musiqi Akademiyasının solistləri ifa ediblər.
Bakıdakı Rus evində Aleksandr Ostrovskiyə həsr edilmiş konsert olub
Tədbir çərçivəsində “Yaşlek” tatar gənclər təşkilatının gənc istedadları Ostrovskinin əsərlərindən parçaları, habelə müasir müəlliflərin böyük yazıçının üslubunda yaratdıqları şeirləri təqdim ediblər.
Bakıdakı Rus evində Aleksandr Ostrovskiyə həsr edilmiş konsert olub
Anşlaqla keçən tədbirin qonaqları qismində xarici diplomatik korpusların nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, yaradıcı və elmi ziyalılar iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.