RUSİYA

Rusiya XİN israillilərə və fələstinlilərə çağırış edib

Zaytsev vurğulayıb ki, Rusiya 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı prinsipial mövqeyinə ardıcıl olaraq sadiqdir.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Rusiya israilliləri və fələstinliləri bütün mübahisəli məsələləri müzakirə etmək üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çağırır. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.
"Bizim yanaşmamız Yaxın Şərq nizamlanması üzrə beynəlxalq hüquqi bazaya, o cümlədən BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının Yaxın Şərq regionu üzrə qətnamələrinə əsaslanır. Buna görə də biz israilliləri və fələstinliləri bütün mübahisəli məsələləri müzakirə etmək üçün mümkün qədər tez birbaşa danışıqlara başlamağa çağırırıq", - o bildirib.
Zaytsev vurğulayıb ki, Rusiya 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı prinsipial mövqeyinə ardıcıl olaraq sadiqdir.
Hazırda baş verən faciəvi hadisələr tamhüquqlu danışıqlar prosesinin başlanması üçün şəraitin təmin edilməsi maraqları naminə təcili olaraq kollektiv işin qurulmasının zəruriliyini bir daha kəskin şəkildə ortaya qoyur. Biz və konstruktiv fikirli tərəfdaşlarımızın əksəriyyəti buna hazırıq", – diplomat deyib.