BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 20-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Bakıda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovla məsləhətləşmələr aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə edilib, cari ikitərəfli gündəlikdəki aktual məsələlər diqqət mərkəzində olub.
Həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib.