DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İraq şiələrinin lideri müsəlmanlara çağırış etdi

O, müsəlmanları, eləcə də pasifist fikirdə olan hər kəsi İsraillə sərhədlərdə oturaq aksiya keçirməyə çağırıb.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. İraq şiələrinin lideri Müqtəda əs-Sədr ərəb və digər müsəlman xalqlarının nümayəndələrini Qəzza zolağının sakinləri ilə həmrəy olaraq İsraillə sərhəddə oturaq aksiyaya başlamağa çağırıb. Bu barədə "Shafaq News" portalı məlumat yayıb.
"Mən Misir, Suriya, Livan və İordaniyadan olan ərəbləri və müsəlmanları, eləcə də pasifist fikirdə olan hər kəsi İsraillə sərhədlərdə oturaq aksiya keçirməyə çağırıram. Bizim etirazımız dinc və silahsız olmalıdır" - müsəlman lider vurğulayıb. "Aksiya Qəzzada blokada qaldırılana və dərman və ərzaq yük maşınları əraziyə daxil olana qədər davam edəcək. Yardım Qəzzənin həm şimal, həm də cənub bölgələrinə çatmalıdır".
Müqtəda əs-Sədr vurğulayıb ki, etirazçıların liderləri BMT kimi neytral təşkilatların aksiyanı müşahidə etməsinə etiraz etmirlər.
Fələstinin HƏMAS radikal hərəkatı da Qəzza zolağının vətəndaşları ilə həmrəylik nümayişi keçirməyə çağırıb.