İQTİSADİYYAT

Qazaxıstan Aİİ-də transsərhəd məşğulluq şəraitinin yaxşılaşdırılacağını elan edib

Avrasiya Elektron Əmək Birjasının fəaliyyəti Aİİ ölkələrində əmək resurslarından istifadədə mobilllyin artırılmasına və səmərəli istifadəsinə yönəlib.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri tərəfindən hazırlanan elektron əmək birjası transsərhəd məşğulluq üçün şəraitin yaxşılaşdırılmasına imkan verəcək.
Bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "RİA Novosti"yə məlumat verilib.
Nazirlik xatırladıb ki, Avrasiya Elektron Əmək Birjası Qazaxıstanın təşəbbüsü ilə hazırlanır və milli iqtisadiyyatların ehtiyacları nəzərə alınmaqla, Aİİ-yə üzv olan dövlətlərinin əmək resurslarından istifadədə mobilllyin artırılmasına və səmərəli istifadəsinə yardım etmək məqsədi daşıyır.
"Aİİ-yə üzv olan dövlətlərinin vətəndaşları üçün transsərhəd məşğulluq imkanları və şərtləri yaxşılaşdırılacaq. Aİİ dövlətlərinin biznes-icması üçün əlavə, qanuni və effektiv işə qəbul aləti yaradılacaq. Üzv olan dövlətlər milli iqtisadiyyatlara əlavə əmək resurslarının cəlb edilməsini, Aİİ çərçivəsində işçilərin uzaqdan məşğulluq formalarının inkişafını təmin edəcək, həmçinin Aİİ-nin əmək və məşğulluq sahəsində rəqəmsal gündəliyinin daha da reallaşdırılması üçün texnoloji zəmin yaradacaqlar", - nazirliyin cavabında deyilir.
Xidmətin üzv olan ölkənin müəyyən bölgəsində əmək bazarı və məşğulluq haqqında məlumat əldə etməyə imkan verəcəyi də göstərilir.