RUSİYA

Peskov: Putin 2023-cü ildə böyük mətbuat konfransı keçirməyi planlaşdırır

Bundan əvvəl Peskov ilin sonuna kimi Vladimir Putinlə birbaşa əlaqə qurmağın mümkünlüyünü açıqlamışdı.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putinin geniş mətbuat konfransı planlaşdırılıb.
Bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Belə planlar var, onun həyata keçirilmə vaxtı barədə sizə məlumat verəcəyik", - deyə "TASS" Kreml nümayəndəsindən sitat gətirib.
Bundan əvvəl Peskov ilin sonuna kimi Vladimir Putinlə birbaşa əlaqə qurmağın mümkünlüyünü açıqlamışdı.
Xatırladaq ki, əvvəlki dəfə Rusiya Federasiyası Prezidentinin geniş mətbuat konfransı 23 dekabr 2021-ci ildə baş tutub.