DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MDB ölkələri ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa sadiqdir - kommünike

MDB İcraiyyə Komitəsi yanında operativ qərargah da yaradılıb və onun çərçivəsində ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin həlli istiqamətində işlər aparılacaq.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. MDB ölkələrinin nümayəndələri ittifaq məkanında ərzaq təhlükəsizliyinin təmin edilməsində sıx əməkdaşlığa sadiqdirlər. Bu barədə Astanada keçirilən Birlik ölkələrinin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa dair nazirlər konfransının yekunları üzrə qəbul edilmiş kommünikedə deyilir.
"Nazirlərin konfransı çərçivəsində tərəflərin MDB ölkələrində ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün sıx qarşılıqlı fəaliyyət və əməkdaşlığa sadiq olduqlarını təsdiqləyən kommünike imzalanıb", - deyə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Erbol Tasjurekov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, MDB İcraiyyə Komitəsi yanında operativ qərargah da yaradılıb və onun çərçivəsində ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin həlli istiqamətində işlər aparılacaq.
"Konfrans zamanı biz problemli məsələləri və cari çağırışları müzakirə etdik. Buraya təcrübə, texnologiyalar mübadiləsi, birgə layihələrin yaradılması və xarici bazarlara birgə çıxış daxildir", - Tasjurekov qeyd edib.