CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlayır

İki qurum arasında imzalanan müqavilədə 290 minə yaxın qaz sayğacının istehsalı nəzərdə tutulur
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. SOCAR "Azəriqaz" İstehsalat Birliyi abonentlərinin yerli istehsallı sayğaclardan istifadəsinə başlayır.
Bunu SOCAR "Azəriqaz"ın rəhbəri Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
Onun sözlərinə görə, bu məqsədlə "Gəncə Cihazqayırma Zavodu" ASC ilə müvafiq müqavilə imzalanıb: "Bu gündən etibarən istehsalata verilən sayğaclar yerli sayğaclar olacaq, istehsalçı da "Gəncə Cihazqayırma Zavodu"dur. 2023 və 2024-cü ildə müəyyən qədər sayğac "Gəncə Cihazqayırma Zavodu" istehsalı hesabına olacaq".
"İmzalanan müqavilə yerli sahibkarlığın stimullaşdırılması, "Azəriqaz" üçün sayğaclarla bağlı olan məsələlərdə əlçatanlılığı (servis, logistika, məsafə yaxınlığı və s.) təmin etməklə, nəticədə abonentlərin məmnunluğuna xidmət edəcək", - deyə o əlavə edib.
İki qurum arasında imzalanan müqavilədə 290 minə yaxın qaz sayğacının istehsalı nəzərdə tutulur.