SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan kolonializmlə mübarizə tələblərini beynəlxalq platformalarda çatdıracaq

Hikmət Hacıyev bildirib ki, ölkəmiz də uzun illər müstəqillikdən məhrum olub, müstəqillik mübarizəsi aparıb
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan kolonializmə qarşı mübarizə aparan xalqların azadlıq mübarizənizi dəstəkləyəcək.
Bunu paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Beynəlxalq platformalarda sizin tələbələrinizi çatdıracağıq. Bizim ölkəmiz də uzun illər müstəqillikdən məhrum olub, müstəqillik mübarizəsi aparıb. Biz həmçinin işğaldan da əziyyət çəkmişik. Ona görə də, sizin problemlərinizi, çətinliklərinizi başa düşürük", - o əlavə edib (APA).