BAKI, 20 oktyabr — Sputnik. Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 23-də planlaşdırılan iclasda Ermənistana yardım və bu ölkənin Aİ-yə yaxınlaşmasını müzakirə edəcəklər. Bunu Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
"Biz Ermənistanı dəstəkləmək, onun sabitliyini möhkəmləndirmək istəyirik. Ermənistan demokratik ölkədir. Biz Ermənistanı Aİ-yə yaxınlaşdırmaq istəyirik".
Xatırladaq ki, bir müdət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxış edib.
Moskvadakı yüksək vəzifəli mənbə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk.