BAKI, 19 oktyabr — Sputnik. Fələstinin HƏMAS hərəkatına qarşı müharibə bir neçə ay çəkə bilər.
Bunu İsrailin sabiq müdafiə naziri Benni Qants deyir.
"Cənubda, lazım gələrsə, şimalda və ya başqa yerlərdə müharibənin müddəti aylar çəkə bilər, yenidənqurma isə illərlə davam edə bilər", - deyə o, oktyabrın 7-də HƏMAS hərəkatınının hücumu zamanı öldürülən regional şurasının rəhbəri Şa-ar- Xaneqev Ofir Libşteynin dəfn mərasimində söyləyib.
Qants qeyd edib ki, İsrailin məqsədi təkcə fələstinli islamçıları məğlub etmək deyil, "cənubun 100% cənnətə çevrilməsini" təmin etməkdir.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu son 24 saat ərzində Qəzza zolağında HƏMAS-ın yüzlərlə obyektinə hücum edib.